
Bakı. Trend:
Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya
sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını
verib.
Trend xəbər verir ki, nazir bunu Quru Qoşunlarının qərargahında
aprelin 20-də xidməti müşavirədə deyib.
Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti
yerləşdirilmiş hazırda isə ölkəni tərk edən Rusiya sülhməramlı
kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının
daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq
göstərişlər verib.





























