
Bakı. Trend:
İsveçin xarici işlər naziri Tobias Billström
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının aprelin 19-da
əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib.
Trend xəbər
verir ki, nazir bu barədə “X” platformasında paylaşım edib.
Bu razılaşmanın Azərbaycan, Ermənistan və bütünlükdə Cənubi
Qafqaz regionu üçün çox müsbət xəbər olduğunu qeyd edən nazir bunun
regionun iqtisadi inkişafı, infrastrukturu və artımı şəklində mühüm
irəliləyişlə nəticələyini vurğulayıb.
“İsveç bu məqsədə tam sadiqdir”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında
sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası
və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş
zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin
Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.





























