
Bakı. Trend:
Ermənistanın Sərdarabad rayonunun Mehrablı kəndinin sakinləri
suvarma suyunun qiymətinin baha olmasına etiraz olaraq
Marqara-Böyük Qarakilsə yolunu bağlayıblar.
Trend xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Etirazçılar bağlarını suvarma suyunun qiymətinin çox baha olduğu
üçün sulaya bilmədiklərini deyiblər. Yüzdən çox yerli sakin yolu
bağlayaraq, Ermənistan hökumətinin nümayəndələri ilə görüş tələb
ediblər.
Sakinlərin sözlərinə görə, polis müdaxilə edərək danışıqlar
aparmağa çalışıb, lakin etirazçılar yolu açmaq fikrində
deyillər.





























