Advertisement

Premyer Liqada 20-ci tur başlayır

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start
veriləcək.

Trend xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş
tutacaq.

“Turan Tovuz” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq
gətirəcək.

“Kəpəz” – “Qarabağ” və “Zirə” – “Sabah” oyunları sabah,
“Araz-Naxçıvan” – “Sumqayıt” və “Neftçi” – “Qəbələ” görüşləri bazar
günü keçiriləcək.

Azərbaycan Premyer Liqası
20-ci tur
26 yanvar

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov,
Səbuhi Bayramov
Tovuz şəhər stadionu, 15:00.