
Bakı. Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku davam
edir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, ikinci yarış gününün ilk sessiyası başa
çatıb.
Çoxnövçülükdə lider dəyişib. İtaliyalı dünya çempionu Sofiya
Raffaeli zirvəni ələ keçirib. Onun aktivində 130,700 xal var.
Ukraynalı Taisiya Onofriyçuk 130,350 xalla ikinci sırada
qərarlaşıb. İlk “üçıüy”ü neytral statusla çıxış edən Alina Xarnasko
qapayır – 126,600 xal.
Qeyd edək ki, Azərbaycan gimnastları Zöhrə Ağamirova və Kamilə
Seyidzadə növbəti sessiyada çıxış edəcəklər.





























