
Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən
məlumata görə bu gün, aprelin 20-də Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən yaz mövsümü ilə əlaqədar paytaxtda təmizlik və abadlıqla
bağlı növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası
keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə,səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin
kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551
əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin
edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri
həyata keçirilib.
Həmçinin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan
Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”
elan edilməsi haqqında Sərancamının icrası ilə bağlı Bakı Şəhər
İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə
təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda yerli iqlim
şəraitinə uyğun olaraq seçilmiş 400 ədəd yeni ağac əkilib. Ağacəkmə
aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin
daha da gözəlləşdirilməsinə böyük töhfədir.





























