
Bakı. Trend:
A-Qroup Sığorta Şirkəti öz sığorta xidmətlərini yalnız
Azərbaycanın ən yaxşı klinikalarında deyil, eləcə də onun hüdudları
xaricindəki ən qabaqcıl tibb müəssisələrində təqdim edir.
2023 ilin ərzində A-Qroup Sığorta Şirkəti öz sığortalıların
xaricdə müalicəsini təşkil etmiş və 50000 azn müalicə xərclərini
artıq ödəmişdir. Sığorta ödənişləri cərrahi müdaxilələr, tibbi
müayinələr, həmçinin sığortalıların müalicəsinə görə verilmişdir.
Sığortalılar Türkiyə, Almaniya, Rusiya, İsrail və İranın ən yaxşı
klinikalarında müayinə olunmuş və müalicə almışlar.
Onlardan bəziləri üçün müalicənin növbəti ayları hələ
qabaqdadır. A-Qroup həmin sığortalıların hər birinin tezliklə
sağalmasını arzu edir və inanır ki, hər şey müsbət sonluqla
yekunlaşacaq!
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir.
Şirkət artıq 28 ildən artıq sığorta bazarında uğurla fəaliyyət
göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta
tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin
ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir.
A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş
sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək
ixtisaslı xidmətlər göstərir.





























