Advertisement

Həftə sonu hava necə olacaq? – AÇIQLANDI

Bakı. Trend:

Yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və
axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim
şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa
enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında qərb rayonlarından başlayaraq arabir
yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda
gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama
ehtimalı var.