Bakı. Trend:
BŞ gələn həftə “ATACMS” taktiki raketləri də daxil olmaqla
silahların Ukraynaya ötürülməsinə başlaya bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının Kəşfiyyat
Komitəsinin sədri Mark Uorner deyib.
Senator əlavə edib ki, yardım paketinə “ATACMS” daxil olmaqla,
uzaqmənzilli silahlar daxil olacaq.
“Hesab edirəm ki, administrasiya son aylarda “ATACMS”
hazırlamağa və çatdırmağa hazırdır. Bu qanun layihəsində öz əksini
tapıb”, – deyə o qeyd edib.




























