
Bakı. Trend:
Dünyada sənaye sektorunda kadr qıtlığı ciddi problemə çevrilib.
Lakin qlobal miqyasda istehsalat sahələri arasında ən böyük kadr
böhranı bərpaolunan enerji sahəsində müşahidə olunur.
Trend-in
məlumatına görə, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə
2030-cu ilədək bu sektorda 30 milyon işçi çalışacaq. Bütün Avropa
ölkələrində bu sahə üzrə kadrlar hazırlansa da, vakant yer sayı
məzunların sayını üstələyir. Bir çox ölkədə bu sektorda təhsil
alanlar elə tələbə ikən işə götürülür.
Ən ciddi kadr tələbatı külək enerjisi mütəxəssislərinədir.
Əvvəllər mühəndislik qadınların marağına çox səbəb olmasa da,
bərpaolunan enerji sahəsində təhsil alan qızların sayı ilbəil
artır.





























