
Bakı. Trend:
Uzun illər həsrətini çəkdiyimiz doğma yurdumuza geri
qayıdırıq.
Bunu Trend-ə
açıqlamasında Füzuli sakini Şərafət Yusifova deyib.
Onun sözlərinə görə, Füzulini 19 yaşında gənc ikən ağlaya-ağlaya
tərk edib. Çünki doğma yurdu, evi qoyub çıxıb. İndi isə doğma
yurdunda yaşamağa getdiyi üçün sevincinin həddi-hüdudu yoxdur.
“Allah Prezidentimizi var eləsin. Məhz onun rəhbərliyi sayəsində
biz öz yurdumuza geri dönürük. Allah şəhidlərimizi rəhmət eləsin,
qazilərimizə cansağlığı versin”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə – 172 nəfər yola salınıb.
Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi
məskunlaşması təmin edilib.





























