Advertisement

Ali Baş Komandanımız, ordumuz sayəsində torpaqlarımız azaddır – Füzuli sakini

Bakı. Trend:

Hazırda Ali Baş Komandanımız, ordumuz, şəhidlərimiz,
qazilərimizin sayəsində torpaqlarımız azaddır.

Bunu Trend
açıqlamasında Füzuli sakini Zərif Abbasova deyib.

Onun sözlərinə görə, torpaqlarımız azad edildiyi gündən hər
zaman Füzulidən söz düşəndə sevincindən gözləri yaşarır:

“Allah Ali Baş Komandanımızı qorusun, şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə cansağlığı versin. Mən özüm müəllim kimi
çalışıram. Hazırda bacım qızı Füzuliyə köçür. İnşallah biz də öz
köçəcəyimiz günü səbirsizliklə gözləyirik.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə – 172 nəfər yola salınıb.
Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi
məskunlaşması təmin edilib.