Advertisement

Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir (FOTO) (YENİLƏNİB)

Zəngilan. Trend:

Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən
İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti
iclası keçirilib.

Trend xəbər verir ki, iclasda
işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri
və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və
Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəliyinin,
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentinin xüsusi
nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi
Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur
İqtisadi Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə
Xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar
tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı,
Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin
icrası zamanı ekoloji dayanıqlığın təmin olunması,
Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonunda
meşəçilik sahəsində görülmüş işlər, Zəngilan və Cəbrayıl
rayonlarında aparılan içməli və tullantı su sistemlərinin yenidən
qurulması işləri, Cəbrayıl rayonunda kəhrizlərin bərpası və su
ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri,
yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə
minimum təsirə nail olunması, yol tikintisi işlərində tələb olunan
xammal təminatı, faydalı qazıntı yataqlarından səmərəli istifadənin
təşkili, işğaldan azad edilmiş ərazilərdə ekoloji qiymətləndirmə və
yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti,
bərk məişət tullantılarının idarə olunması və Şərqi Zəngəzur
iqtisadi rayonununda icra olunan layihələrin ekoloji
qiymətləndirilməsi məsələləri müzakirə edilib.

xxx

13:04

Zəngilan şəhərində Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll
edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində
fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə
işçi qrupunun növbəti iclası keçirilir.

Trend xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq
dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi
rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi
rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi
Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin
nümayəndələri iştirak edir.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar
tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı,
Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin
icrası zamanı ekoloji dayanıqlığın təmin olunması,
Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonunda
meşəçilik sahəsində görülmüş işlər, Zəngilan və Cəbrayıl
rayonlarında aparılan içməli və tullantı su sistemlərinin yenidən
qurulması işləri, Cəbrayıl rayonunda kəhrizlərin bərpası və su
ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri,
yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə
minimum təsirə nail olunması, yol tikintisi işlərində tələb olunan
xammal təminatı, faydalı qazıntı yataqlarından səmərəli istifadənin
təşkili, işğaldan azad edilmiş ərazilərdə ekoloji qiymətləndirmə və
yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti,
bərk məişət tullantılarının idarə olunması və Şərqi Zəngəzur
iqtisadi rayonununda icra olunan layihələrin ekoloji
qiymətləndirilməsi məsələləri müzakirə edilir.