
Bakı. Trend:
Nəsimi rayonunda silah və narkotik satışında şübhəli bilinən
şəxslər saxlanılıblar.
Trend DİN-ə istinadən xəbər
verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir
zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il
təvəllüdlü Rövşən Fətullayev saxlanılıb. Ondan “Kalaşnikov” markalı
avtomat, patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb.
R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını
bildirib.
İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı
isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü
Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il
təvəlüldlü Asif Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4
kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





























