
Bakı. Trend:
Azərbaycan və Dünya Bankı (WB) əməkdaşlıq çərçivəsində həyata
keçiriləcək layihələri müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının
(AMB) sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında
yazıb.
“Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde
ilə keçirilən görüşümüz Yaz Toplantıları çərçivəsində baş tutan
mühüm müzakirələrdən biri oldu.
Görüşdə DB-nin ölkəmizə potensial dəstək imkanlarını, əməkdaşlıq
çərçivəsində həyata keçiriləcək layihələri və yeni fəaliyyət
istiqamətlərini müzakirə etdik. Həmçinin, COP29 gündəliyində olan
mühüm məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, – o qeyd
edib



























