Advertisement

Boksçumuz erməni rəqibini məğlub etdi

Bakı. Trend:

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı
Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, 48 kq-da mübarizə aparan yığma üzvü 1/8
finalda Lusine Gevorqyanı (Ermənistan) mübarizədən
kənarlaşdırıb.

İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28)
hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda
Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də
olacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun
vurulacaq.