
Bakı. Trend:
Kotayk rayonunda Ermənistan Milli Assambleyasının sədri Alen
Simonyanın ailəsinə xidmət edən avtomobilin iştirakı ilə qəza baş
verib.
Trend xəbər verir ki, axşam saatlarında İrəvan-Göyçə yolunda
“Toyota Land Cruiser Prado” və BYD markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
“Toyota” Milli Assambleyanın balansındadır və parlament sədrinin
ailəsinə xidmət edir.





























