
Bakı. Trend:
COP-29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə
heyəti BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Trend xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında
bildirilib.
“Prezident Muxtar Babayev və COP29 komandası BMT-də Yer Günündə
Baş katib Antonio Quterreşlə görüşüb. Biz tərəfləri bir araya
gətirmək və keçmiş vədlərin hamısının yerinə yetirilməsini təmin
etmək məqsədilə hərəkətə keçmək üçün birlikdə işləmək əzmindəyik”,
– paylaşımda qeyd olunub.





























