Advertisement

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı, UNEC-in Elmin Populyarlaşdırılması
Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Etibar
Əliyev UNEC-in gənc tədqiqatçıları ilə görüşüb.

Görüşdə Etibar Əliyev dünyada və Azərbaycanda elmin
populyarlaşdırılmasının vəziyyəti, gənclərin elmə gəlməsində elmin
populyarlaşdırılmasının rolu və əhəmiyyəti, Elmin
Populyarlaşdırılması Mərkəzinin gördüyü və görülməsi nəzərdə
tutulan işlər, eləcə də mərkəzin yaradılacaq saytı barədə maraqlı
təqdimatla çıxış edib.

Görüşdə elmin populyarlaşdırılması ilə bağlı suallar da
cavablandırılıb.