Advertisement

Dəyəri 51 milyondan çox olan narkotik dövriyyədən çıxarılıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən
çıxarılmış 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və
psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36 min manat
qiymətləndirilir.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət
Komissiyasının hesabatında öz əksini tapıb.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1615
nəfər cinayət məsuliyyətinə cəlb edilib, həmin şəxslərdən 1564-ü
kişi, 51-i qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilən 22 xarici ölkə vətəndaşından
99 kq 487,934 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə
götürülüb.