Advertisement

BAM-a uğurlu rəhbərliyinə görə Heydər Əliyevə minnətdarıq – Veteran

Moskva. Trend:

Baykal-Amur Magistralına uğurlu rəhbərliyinə görə Heydər Əliyevə
minnətdarıq.

Trend xəbər
verir ki, bu barədə 1974-1983-cü illərdə BAM-ın tikintisində
Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin
keçmiş qərargah rəisi olmuş Yuri Verbitski Kremldə jurnalistlərə
deyib.

“Hər şey möhtəşəm həyata keçirildi. Azərbaycanlılar BAM-da daimi
stansiyanı uğurla tamamladıqdan və daimi qəsəbə tikdikdən sonra
daha bir stansiyanın – Anqoya stansiyasının tikintisinə başladılar.
Stansiyanın vağzalı Heydər Əliyevin şərəfinə adlandırılıb. BAM-ın
tikintisində töhfəsinə görə ona minnətdarıq. Hesab edirəm ki, o
SSRİ rəhbərliyində qalsa idi, Sovet İttifaqı indiyə qədər
çiçəklənərdi”, – deyə veteran bildirib.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevin
və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50
illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və
işçiləri ilə birgə görüşü keçirilib.

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir.
Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralın
tikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini
olaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaq
qərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüş
nöqtəsi oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun