Advertisement

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5
milyon 69 min 881 ton yük daşınıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən
gəmilər Misirdən limanlara 767 min 446 ton, digər ölkələrin
bayraqları altında üzən gəmilər isə 4 milyon 223 min 149 ton yük
çatdırıb.

Bu müddət ərzində Misir bayraqlı gəmilərlə Türkiyə limanlarına
79 min 286 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-mart aylarında
Türkiyə limanlarına Misirdən 353 min 548 ton tranzit yük
daşınıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 36
milyon 684 min 911 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə
yük daşınması 33 milyon 719 min 910 ton olub.

Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5
milyon 699 min 607 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart
aylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbul
edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 704 min
473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə
isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51 ton təşkil
edib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında
Türkiyə limanlarından 16 milyon 857 min 351 ton transit yük
daşınıb.

2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul
edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.

2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718
gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə
bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, – deyə
nazirlikdən bildirilib.