
Bakı. Trend:
Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı
silahlandırır, biz oturub gözləyə bilmərik.
Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin
23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün
Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.
Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini
vurğulayan dövlətimizin başçısı qeyd edib: “Özü də onlar bunu açıq
və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla
bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik.
Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın
bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər
özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli
olacağıq”.





























