Advertisement

Bir sıra şəxslərə sığorta ödənişi qaydası dəyişir

Bakı. Trend:

Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan
tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox
olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin
edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin qaydası
dəyişir.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədovun
qərarı ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik
edilir.

Dəyişikliyə əsasən, Hhmayəsində 18 yaşa çatmamış uşaq olan
(əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək,
lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə
sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta
ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi
məbləğində ödəniləcək.

Dəyişiklikdən əvvəlki qaydaya əsasən isə himayəsində 18 yaşa
çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər
təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin
(ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan
birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta
ödənişinin 5 faizi, lakin ümumilikdə 20 faizindən çox olmamaq
şərtilə artırılır.