Bakı. Trend:
Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında sərhədlərin
delimitasiyası üzrə Komissiyanın səkkizinci görüşü çərçivəsində
əldə olunan razılaşmanı alqışlayır.
Trend rəsmi KUNA agentliyinə istinadən xəbər verir ki, bu
fikirlər Küveyt Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
“Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma
Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin
edilməsi, tezliklə sülh sazişinin imzalanması istiqamətində atılmış
mühüm addımdır”, – bəyanatda deyilir.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.





























