Advertisement

Prezident İlham Əliyev: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

Bakı. Trend:

Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra
Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki
vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri
ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin
23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün
Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik.
Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə
mən bunu nəzərdə tuturdum”, – deyə dövlətimizin başçısı
bildirib.