Bakı. Trend:
Böyük Britaniyanın “Typhoon” qırıcıları gələn ildən Polşanın
hava məkanını izləyəcək.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş
naziri Rişi Sunak deyib.
“Polşa ilə Böyük Britaniya arasında təhlükəsizliyi gücləndirən
güclü əlaqələr mövcuddur. Biz əməkdaşlığı, xüsusən də hava
məkanının mühafizəsi sahəsində gücləndiririk. Biz burada 2025-ci
ildən Polşanın hava məkanını patrul edəcək “Typhoon” qırıcılarını
yerləşdirəcəyik”, – deyə o bildirib.
R.Sunak əlavə edib ki, Böyük Britaniya dəstək çərçivəsində
Polşaya 16 min əsgər göndərmək istəyir.




























