Advertisement

Azərbaycan Kubokunda finalçılar məlum olacaq

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli
olacaq.

Trend xəbər verir ki,
yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş
tutacaq.

İlk olaraq “Qəbələ” və “Zirə” komandaları münasibətlərinə
aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq.
Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb – 2:1.

Nəhayət, ikinci finalçının adına Azərbaycan derbisində aydınlıq
gələcək. “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.
İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib.