Advertisement

Xankəndidə xeyli silah-sursat aşkarlandı – Trend.Az

Bakı. Trend:

Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 23-də Xankəndi
şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2
tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3
mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər
sursatlar aşkar olunaraq götürülüb.