Advertisement

Sabahın hava PROQNOZU – Trend.Az

Bakı. Trend:

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu
açıqlanıb.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava
şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub
küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 23-28°
olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az
yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman olacaq.
Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18°, gündüz 27-31°, dağlarda gecə
8-13°, gündüz 15-20° olacaq.