Advertisement

Azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək

Bakı. Trend:

İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının
istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Bu barədə Trend-ə Əmlak
Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərracda azad edilmiş ərazilər üzrə ilk dəfə
Laçında yerləşən “Əhmədli” (45,2 ha) və Qubadlıda yerləşən “Hacılı”
(18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq.

Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibati
binasında keçiriləcək.