
Bakı. Trend:
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov İspaniyada
təcrübədədir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir
Abasov əvvəlcə burada “Real Madrid” və “Barselona” komandaları
arasındakı “El-Klasiko”nu izləyib.
Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir
həftəlik təcrübə keçəcək. “Barselona” klubunun məşqlərini izləyən
çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandez və bir
sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi
aparıb.
Təcrübə proqramının sonunda onun “Barselona”nın baş məşqçisi
Xavi ilə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, bu səfərdə Samir Abasovu “Sumqayıt”ın fiziki
hazırlıq üzrə məşqçisi Cerard Martines müşayiət edir.





























