
Bakı. Trend:
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.
Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır
Japarovla mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti
hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident
məktəbin təməlqoyma mərasimində iştirak edəcək. “Belə qardaş
münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, – deyə
Azərbaycan Prezidenti vurğulayıb.





























