Advertisement

İlon Mask bu ölkədə avtomobil zavodu tikilməsini təxirə salıb

Bakı. Trend:

“Tesla” avtomobil istehsalçısının Baş direktoru İlon Mask
kompaniyanın strategiyasındakı dəyişikliklə əlaqədar Hindistanda
elektromobil zavodunun tikintisi planlarını müzakirə etmək üçün bu
ölkəyə səfərini 2024-cü ilin sonunadək təxirə salıb.


Trend
xarici KİV-ə istinadən xəbər verir ki, elektromobil
istehsalçısı yaxın gələcəkdə Hindistan və Meksikadakı zavodlara
sərmayə qoymaq əvəzinə, 2024-cü ilin sonunadək yeni və daha sərfəli
elektrik avtomobilləri istehsal etmək niyyətindədir.

Həmçinin “Tesla” yeni istehsal xətlərini nəzərdən keçirmədən
öncə elektromobil istehsalını 50 faiz artıraraq, 3 milyona
çatdırmağı düşünür.

Bir müddət öncə İ.Mask aprelin 21-22-də Hindistana
planlaşdırılan səfərini təxirə saldığını bildirmişdi. O, Dehlidə
Baş nazir Narendra Modi ilə Hindistanda Starlink rabitə sisteminin
işə salınmasının sürətləndirilməsini, ölkəyə 2 milyard dollarlıq
sərmayə qoyuluşunu və elektromobillərin birgə istehsalı üçün zavod
tikilməsini müzakirə etməli idi.

Qeyd edək ki, 2023-cü ildə İ.Maskın Hindistan hökumətinə
göndərdiyi investisiya təklifi ildə 500 min elektromobil istehsal
edəcək müəssisənin tikintisini və məhsulların üçüncü ölkələrə
ixracını nəzərdə tuturdu.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun