
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə
məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.
FHN-dən Trend-ə verilən
xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə
Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb
olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.

























