
Bakı. Trend:
Aprelin 25-də əsasən gecə və səhər saatlarında bəzi dağlıq və
dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral
avtomobil yollarında görmə məsafəsinin 500-1000 metrədək
məhdudlaşacağı ehtimalı var.
Bu barədə Trend-ə Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidmətindən məlumat verilib.





























