
Bakı. Trend:
“Düşünürəm ki, İraqa səfərim və imzalanmış
anlaşmalar Türkiyə-İraq münasibətlərində yeni dönüş nöqtəsi
olacaq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfərinin
nəticələrinə həsr olunmuş bəyanatında belə deyib.
Sadəcə Türkiyədə yox, bütün Yaxın Şərqdə, Cənubi Qafqazda,
Mərkəzi Asiyada və Şimali Afrikada “Rəis” kimi tanınan dünya
miqyaslı siyasətçinin, dövlət adamanın açıqlaması reallığı tam əks
etdirir.
Fəqət, Türkiyənin dövlət başçısı bir sıra məqamlardan bəhs
etmədi və o məqamlar arasında ən əsası budur: Ərdoğan sadəcə,
Türkiyə və İraq arasında münasibətlərin yeni, çox intensiv dövrünə
start verməklə yanaşı, Azərbaycanın da bölgədə geostrateji,
geosiyasi və iqtisadi, habelə loqistik imkanlar əldə etməsini
şərtləndirib.
12 illik fasilədən sonra İraqa səfər edən Türkiyənin dövlət
başçısı Rəcəb Tayyib Ərdoğan ilk əvvəl Bağdadda ölkə rəhbərliyi ilə
görüşərək danışıqlar apardı, daha sonra isə İraın şimalındakı
Kürdüstan Muxtariyyətinin mərkəzi şəhəri Ərbilə yollandı.
Səfərin belə qrafiki Türkiyənin bütün qonşuları, o cümlədən
İraqla mövcud problemləri həll etmək strategiyasına uyğundur.
Ərdoğanın səfərinə hazırlıqlar ötən ilin payızında başlanmışdı.
Hazırlıq prosesində səfər əsnasında imzalanmış 26 sazişin mətnləri
razılaşdırılmaqla yanaşı, bilavasitə müzakirələr də aparıldı.
Hakan Fidan və İbrahim Kalının Bağdada səfərləri də bununla
bağlı idi.
Əsas məsələlərdən biri təbii ki, İraqın şimalında məskunlaşmış
terrorçu PKK qruplaşması ilə bağlı Ankara və Bağdadın ortaq mövqe
əldə etmələriylə bağlı idi.
Səfərin leytmotivini isə Türkiyə və İraq arasındakı ikitərəfli
münasibətlərin strateji müstəviyə keçirilməsi təşkil edirdi.
Eyni zamanda, “İnkişaf Yolu” adlandırılan meqalayihəyə də start
verilməli idi.
Bu layihə İraqın cənubunda, Fars Körfəzinin sahilində yerləşən,
ərəblərin “Mina əl Fau əl Kəbir” adlandırdıqları Qrand-Fou
limanından Türkiyəyə ümumi uzunluqları 1200 km-dən artıq dəmiryol
və avtomobil yollarının inşası nəzərdə tutulub.
Habelə, təqribən 10 il istifadəyə edilməyən İraq-Türkiyə neft
boru kəmərində nəqlin bərpası da plandadır.
“İnkişaf Yolu” layihəsinin önəmi sadəcə, Qrand-Fou limanınından
və Bəsrə şəhərindən Türkiyəyədək uzaqacaq kommunikasiyalar
deyil.
Bağdadda aparılan danışıqlarda İraq prezidenti Əbdüllətif Rəşid
və baş nazir Məhəmməd əl Sudaninin də dedikləri kimi, Ankara-Bağdad
vektorunda əlaqələrin aktivləşməsi bütün Yaxın Şərqdə və ətraf
bölgələrdəki vəziyyətdə ciddi dəyişikliklərə səbəb ola bilər.
Səbəblər var və onlar önəmsiz deyil.
Rəsmi Ankara Bağdaddan terrorçu PKK qruplaşmasının Bağdad
tərəfindən rəsmən terror təşkilatları siyahısına daxil edilməsini
gözləyir.
İraqın hakimiyyət dairələri etiraz etmirlər, lakin bu qərarın
müqabilində Türkiyənin Dəclə və Fərat çayları ilə bağlı problemin
həllində Bağdada yardımçı olmasını istəyirlər.
Bağdad Ankaradan sözügedən çaylardakı su səviyyəsinin
artırılmasını gözləyir.
Səbəb bəsitdir: İraqda istehlak edilən içməli suyun təqribən 70
faizinin mənbəyi Dəclə və Fərat çaylarıdır.
İraq isteblişmenti bəyan edir ki, 2021-ci ildən Türkiyədən gələn
çaylarda suyun səviyyəsinin düşməsi nəticəsində suvarılan əkin
sahələrinin ümumi sahəsində 50 faizlik azalma var. Dəclə və Fərat
çaylarında su səviyyəsi artmazsa, bu ilin sonunadək əkin
sahələrinin daha 25 faiz azalacağı istisna olunmur.
Ankara isə problemi Bağdadla sıx işbirliyi şəraitində həll
edəcəyini bəyan edib.
Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinin əsas qayələrindən və
mövzularından biri olan “İnkişaf Yolu” layihəsi Fars Körfəzindən
yüklərin Türkiyəyə, oradan da Avropa İttifaqı ölkələrinə
daşınmasını nəzərdə tutur.
Total sərmayə qoyuluşunun 17 milyard dollar səviyyəsində
dəyərləndirildiyi layihə çərçivəsində sürətli dəmiryol marşrutunun
və bu marşrut boyunca 15 stansiyanın inşası planlaşdırılıb.
Цмумиййятля ися, Анкара вя Баьдад лайищяйя 23,8 милйард доллар
сярмайя гойаъаглар.
Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlunun dediyinə
görə, layihə ilə bağlı son qərar verilib. Lakin marşrutun normal
fəaliyyəti üçün İraqın şimalındakı dağlıq ərazilərə sığınmış
terrorçu PKK qruplaşmasının hər hansı formada problemlər
yaratmasının qarşısı sərt və qətiyyətli şəkildə alınmalıdır.
Layihədə nəzərdə tutulmuş marşrut üzrə daşımaların illik
həcminin 2030-cu ildə 20 milyard dollara çatdırılması nəzərdə
tutulub.
”İnkişaf Yolu”na regionun digər dövlətləri də qatılmaq
niyyətindədir. Belə ki, Qətərlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
artıq layihədə yer almaq qərarlarını açıqlayıblar.
Qətərin nəqliyyat naziri Casim bin Səif bin Əhməd əl Suleyti və
BƏƏ-nin energetika naziri Süheyl Məhəmməd əl Məzrui Bağdada
yollanaraq “İnkişaf Yolu” ilə bağlı Türkiyə, İraq, Qətər və BƏƏ
arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasında iştirak
ediblər.
Ümumiyyətlə, “İnkişaf Yolu” layihəsinin Yaxın Şərqlə bahəm,
qonşu regionlar üçün əhəmiyyətini dəyərləndirmək çətindir.
Layihə ABŞ-ın müəllifi olduğu, Hindistanda başlayaraq Yaxın
Şərqdən keçən və Avropa İttifaqına çıxan Hindistan-Yaxın
Şərq-Avropa İqtisadi Dəhlizi (India-Middle East-Europe Economic
Corridor, İMEC) marşrutuna alternativdir.
İMEC Türkiyə ilə yanaşı, Azərbaycandan və Mərkəhi Asiya
ölkələrindəən də yan keçir.
BƏƏ İMEC layihəsinin iştirakçısı olduğundan, ABŞ və Hindistana
nə üçün Türkiyənin reallaşdırmağa başlayacağı “İnkişaf Yolu”na
qatıldığını izah etməlidir.
17 milyard dollar investisiya tələb edən «İnkişaf Yolu» inşa
ediləndən sonra ildə 4 milyard dollar xalis gəlir gətirməklə
yanaşı, ən azı 100 min yeni iş yerinin yaranmasına səbəb olacaq.
Məhz bu səbəbdən sözügedən layihəyə Çinin də qatılacağı şübhə
doğurmur.
Azərbaycaqn Yaxın Şərq ölkəsi olmasa da, “İnkişaf Yolu” layihəsi
Bakı və Ankaranın birgə reallaşdırdıqları layihələrə, habelə
iştirakçı qismində qatıldıqları loqistika marşrutalrına əlavə, özü
də çox güclü impuls verəcək.
Həmin layihə vasitəsilə Azərbaycan Şərqi Zəngəzurdan Qərbi
Zəngəzura, oradan Naxçıvana, daha sonra isə Türkiyəyə keçən
marşrutlarını sonradan Fars Körfəzindəki limanlaradək uzanacaq
loqistika istiqamətləri ilə birlşədirmək imkanı əldə edəcək. Eyni
zamanda, Fars Körfəzindən yüklər çox qısa yolla Türkiyəyə və
Azərbaycana, daha sonra isə Mərkəzi Asiya ölkələrinə daşına
bilər.
Azərbaycanın qatıldığı Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” və digər
layihələrin “İnkişaf Yolu” ilə Türkiyədə birləşəcəyi halda
Avrasiyada bir sıra ölkələr Avropa İttifaqına çox rahat, rentabelli
və qısa loqistika marşrutlarıəldə edəcəklər.
Belədə yüklər Çin, Pakistan, Mərkəzi Asiya ölkələri və Rusiyadan
Azərbaycanla Türkiyədən keçmək şərtilə Avropa İttifaqına, Avropadan
isə Sakit Okean sahillərinədək geniş areala mövcud şərtlərdən
dəfələrlə sərfəli invariasiyalarda daşınacaq.
Rusiyadan İrana və əks istiqamətdə loqistika marşrutu olan
“Şimal-Cənub” layihəsinin Qəzvin-Rəşt-Astara hissəsi tam istifadəyə
veriləndən sonra Azərbaycan regionda tranzit ticarət və daşıma
dövriyyəsini minimum 2 dəfə artıra biləcək.
“İnkişaf Yolu” layihəsinə gəldikdə isə, Ankara və Bağdad, habelə
bu layihəyə qatılmış ölkələr və qatılmaq fikrində olan dövlətlərlə
müvafiq danışıqlar aparılandan sonra layihə Mərkəzi Asiya-Qara
dəniz, Mərkəzi Asiya-Avropa İttifaqı, Çin-Avropa İttifaqı, Avropa
İttifaqı-Çin, Rusiya-İran, İran-Rusiya, İran-Qara dəniz və Qara
dəniz-İran istiqamətlərində daşımaların reallaşdırmaq imkanlarına
yiyələnəcək.
Bir müddət sonra isə məhz Azərbaycanın iştirakı sayəsində
sözügedən layihə müxtəlif nəqliyyat-kommunikasiya marşrutlarına
inteqrasiya ola biləcək.
Beləliklə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı, Qara
dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında ticari,
nəqliyyat və loqistika ələqələrinin inkişafında tranzit məkan
qismində önəmini daha da artıracaq. Eyni zamanda, Avropa İttifaqı
ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Çin arasında multimodal
dəhlizin effektiv fəaliyyətində Azərbaycanın iştirak payı dəfələrlə
yüksələcək.
Ən nəhayət, “İnkişaf Yolu” marşrutunun Azərbaycanın ən fəal
iştirakı ilə həyata keçirilən Rəqəmsal Nəqliyyat Qovşağı və TASİM
layihələrinə qoşulması Fars Körfəzindən Avropa İttifaqına
daşımalara Yaxın Şərqin bir çox ölkələrini cəlb etmək imkanlarını
formalaşdıracaq.
… Azərbaycan və Türkiyə beynəlxalq yük və sərnişin daşımaları
sahəsində razılaşdırılmış siyasət yürüdür, multimodal daşımaları
intensivləşdirmək üçün yeni layihələrə start verirlər. Bütün bunlar
Ankara ilə Bakının regional əməkdaşlıqda lokomotiv rol oynadığını
bir daha nümayiş etdirir.





























