
Laçın. Trend:
Bu il Cəbrayılda 712 mənzildən ibarət böyük bir kompleks tikilir
və iki aydan sonra bir hissəsi təhvil veriləcək. Bu kompleksə 712
ailənin köçürülməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə jurnaıistlərə Azərbaycan
Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O qeyd edib ki, ümumilikdə 2022-2026-cı illəri əhatə edən Dövlət
Proqramına əsasən, Zəngilan, Cəbrayıl və Qubadlıda 24 kənd, 5
qəsəbə və 3 şəhərin tikilməsi planlaşdırlır.
“Zəngilanda da evlərin tikilməsi davam edir. Artıq 13 binadan
ibarət kompleks tikilir və bu il Zəngilan şəhərinə də sakinlər
köçəcək. Rayonun Cahangirbəyli kəndində hazırda tikinti işləri
həyata keçirilir və əhalinin köçürülməsi planlaşdırılır. Qubadlı
rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikinti
başlanılıb və həmin kəndlərə köç nəzərdə tutulur”, – deyə o əlavə
edib.
V.Hacıyev əlavə edib ki, ümumilikdə 2022-2026-cı illərdə
Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarına 40 min nəfərin
köçürülməsi nəzərdə tutulur.





























