
Bakı. Trend:
Salyan rayon sakininin üzərindən tiryək, yaşadığı evdən isə
avtomat aşkarlanıb.
Trend xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat
Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon
ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotiklərə görə
məhkum olunmuş Vüqar Tağıyev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan tiryək
aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq
sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd
avtomat, 1 ədəd daraq və 7 ədəd patron aşkarlanıb.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi
açılıb, araşdırmalar davam etdirilir.





























