
Bakı. Trend:
Şəkidə ikimərtəbəli ev yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Şəki şəhərində ümumi sahəsi 182 m² (hər mərtəbəsi
91 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar
konstruksiyaları, bitişik sahəsi 30 m² olan mətbəxin yanar
konstruksiyaları, sahəsi 6 m² olan köməkçi tikilinin yanar
konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi
130 m² olan ikimərtəbəli 4 otaq və qarajdan ibarət evin 1-ci
mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar
yanıb. Yüksək temperaturdan 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd
televizor və 1 ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri
tərəfindən söndürülüb.

























