
Bakı. Trend:
Ermənistanın silahlandırılmasında Fransa, Hindistan və
Yunanıstan fəal iştirak edir.
Bunu Trend-ə hərbi ekspert Azər Bayramov
bildirib.
O bildirib ki, Ermənistanın İkinci Qarabağ Müharibəsindən sonra
arsenalında yetərincə silahını itirdi.
“Silahları bərpa etmək və onları revanşa ümidləndirmək
cəhdlərini müşahidə edirdik. Bu silahlanma Ermənistana heç bir
halda köməklik etməyəcək. Çünki Ermənistan ordusunun yenidən
dirçəldilməsi və Ordumuzla rəqabət apara biləcək gücə gətirilməsi
qeyri-mümkündür. Fransanın təkidi ilə regiondakı öz hərbi
mövcudluğunu qurmaq üçün belə riyakar fəaliyyətlərə əl atır. Burda
Fransanın yeganə məqsədi mövcud vəziyyəti gərginləşdirməkdir”, – o
deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 23-də ADA
Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl
Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki,
Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı
silahlandırır, biz oturub gözləyə bilmərik.
Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini
vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və
hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz
sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə
Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa
çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək,
biz ciddi tədbirlər görməli olacağıq”.





























