
Bakı. Trend:
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentinin
milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, İslam Respublikasına qarşı əlavə qadağalar
qoymağı nəzərdə tutan layihə Konqresə göndərilib.
“Məqsəd Tehrana təzyiqləri gücləndirməkdir. İndi vəziyyət
əvvəlkilərdən fərqlənir. İran daha çox təzyiq və sanksiyalara məruz
qalmalıdır”, – C. Sallivan qeyd edib.





























