
Bakı. Trend:
Azərbaycan və Ermənistan tərəfindən sərhədlərin demarkasiyası
istiqamətində görülən işləri alqışlayırıq.
Trend xəbər verir ki, Macarıstan xarici işlər və ticarət naziri
Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında
iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası
çərçivəsində keçirilən mətbuat brifinqdə deyib.
O qeyd edib ki, sülhün bərpa olunması üçün hazırıq. Həmçinin
Macarıstan azad edilən ərazilərin minalardan təmizlənməsi
istiqamətində də Azərbaycana dəstək göstərməyə hazırdır.
Xəbər yenilənəcək





























