
Bakı. Trend:
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha
dinamik xarakter alıb.
Trend xəbər verir ki, bunu
Şimali Kipr Türk Respublikasının Hüquq, siyasi işlər və xarici
əlaqələr komitəsinin sədri Yasemi Öztürk aprelin 25-də Bakıda
keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr
komitələri sədrlərinin birinci iclasında səsləndirib.
Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi qismində üzv
qəbul edilməsi bizi çox sevindirir.
Azərbaycan və Şimali Kipr arasındakı əlaqələrdən danışan
parlamentari bildirib ki, qədim tarixi bağlar, ortaq dəyərlər
ölkələrimizi bir-birinə daha çox bağlayır.
“Biz haqlı mübarizəmizi davam etdirəcəyik. İstəyirik ki,
müstəqilliyimizi tanısınlar. Bu, yalnız Şimali Kiprin deyil, bütün
Türk dünyasının mübarizəsidir”, – deyə Yasemi Öztürk
vurğulayıb.





























