
Bakı. Trend:
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin
direktoru Elçin Məmmədov UEFA-nın iclasında iştirak edib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti
açıqlayıb.
Məmmədov Klubların Lisenziyalaşdırılması Komitəsinin
toplantısına üzv olaraq qatılıb. İclas UEFA-nın İsveçrənin Nyon
şəhərindəki qərargahında baş tutub.
Toplantı zamanı növbəti mövsüm üçün lisenziyalaşdırma
qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.





























