
Bakı. Trend:
Onlayn mühitdə ən müdafiəsiz istifadəçilər, yəqin ki,
uşaqlardır.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.
Onlar bir çox şeydən məlumatsız ola və fərqində olmadan riskli
addımlar ata bilərlər. Valideynlərə və böyüklərə tövsiyəmiz isə
uşaqları bu tip mövzularda maarifləndirmək və onları
qorumaqdır.
Uşaqlarınızı onlayn mühitdə təhlükələrdən necə qoruya
bilərsiniz?
1) Uşaqlara internetdə təhlükəsiz axtarış sözlərindən istifadə
etməyi, eləcədə təhlükəsizlik veb-saytı (https) necə müəyyənləşdirə
biləcəkləri barədə köməklik göstərin.
2) Onlara tanımadıqları veb-saytlarda “pop-up” reklamlarla klik
etməyin təhlükəli olduğunu və potensial risk daşıdığını izah
edin.
3) Şübhəli e-poçtlarda keçidlərə klikləməməyi və tanımadıqları
çəxslərin mesajlarına cavab verməməli olduqlarını deyin. Fayl və ya
proqram yükləmədən əvvəl böyüklərdən soruşmağı nəzərlərinə
çatdırın.
4) Uşaqların istifadə etdiyi cihazlarda antivirus
proqramlarından istifadə edin.
5) Onlar üçün təhlükəli olduğunu düşündüyünüz bütün veb-saytları
bloklayın.
6) Onları zərərli məzmundan qorumaq üçün tətbiqlərdə nəzərdə
tutulmuş məzmun filtrlarından istifadə edin.





























