
Bakı. Trend:
Gəncə şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində ümumi
sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları
və çardağı 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından
mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























