Advertisement

Nərmin İsgəndərova və Səbinə Mustafayevanın ifasında “Təfsir” fortepiano dueti konserti keçirildi (FOTO/VİDEO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano
müəllimləri, Respublika və Beynəlxalq Müsabiqələr laureatları
Nərmin İsgəndərova və Səbinə Mustafayevanın ifasında “Təfsir”
fortepiano dueti konserti keçirilib.

Trend xəbər verir ki, aparıcı musiqişünas Aytən Adıgözəlova
olub.

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri
səslənib. Hər bir əsər və onun müəllifi haqqında ətraflı məlumat
verilib. Bir çox əsər ilk dəfə səslənib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az.