
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya
Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə
“15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində
iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya
işgüzar səfərə gəlib.
Trend xəbər verir
ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda
dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.





























