Bakı. Trend:
ABŞ Konqresi hesab edir ki, Ukrayna üçün apreldə təsdiqlənmiş
əlavə maliyyə yardımı ən çox bu ilin sonuna qədər kifayət
edəcək.
Trend-in
məlumatına görə, bu barədə “The Hill” nəşri xəbər verib.
Məlumata əsasən, Pentaqonda növbəti tranş üzrə işlərin sentyabr
ayında başlaması gözlənilir.
“Hər iki partiyanın senatorları bu həftə Konqresin təsdiqlədiyi
61 milyard dollarlıq paketin Kiyevə noyabrın sonuna qədər, ən çoxu
ilin sonuna qədər kömək edəcəyini gözləyirlər”, – deyə
bildirilib.
Eyni zamanda, nəşr respublikaçı konqresmenlərdən birinin
köməkçisinə istinadən yazıb ki, Pentaqon avropalı tərəfdaşlarla
əlaqə saxlayaraq, “sentyabrda Ukraynaya maliyyə yardımı üçün
növbəti sorğunu formalaşdırmağa başlayacaq”.





























